Cavanlıqda - mömin, qocalıqda - riyakar.

* Young saints, old devils. Святоша в молодости - греховодник в старости.
cavanlığını yada salmaq
caynağına keçirmək
OBASTAN VİKİ
Mömin
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Mömin xan Mömin
Mömin xan Mömin (1800–12 may, 1851) (urdu مؤمن خان مؤمنؔ‎) — urdu şairi. Mömin xan Mömin 1800-cü ildə Dehli şəhərində doğulmuşdu. Atası Qulamnəbi xan və babası həkim Namdar xan Böyük Moğollar imperiyasının tanınmış şəxslərindən idi. Mömin xan Mömin urdu şeirinin ustad şairlərindəndir. Bir çox şagirdlər yetirib. Onlardan biri də Qurbanəli bəy Salikdir. Mömin xan Mömin Dehli ədəbi mühitində sayılıb-seçilən şairlərdən idi. O, Mirzə Əsədulla xan Qaliblə dostluq edirdi. Kəlbəli xan Faiq yazır: "Mömin, sadəcə şairliklə məşhur olmayıb eyni zamanda tibb, astronomiya və sahmatla da məşğul olur, bir çox peşə və sənətdə zamanəsinin öndə gələn şəsiyətlərindən idi. Onun evi sənət ərbabının mərkəzi durumuna çevrilmişdi.
Mömin (dəqiqləşdirmə)
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
III Mömin Vaçaqan
III Mömin Vaçaqan (487-510) – Qafqaz Albaniyasının Arşakilər sülaləsindən sonuncu hökmdarı. 464-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanmışdı. Bu hərəkat nəticəsində 485-ci ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ci ildə III Vaçaqan olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, ticarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xalxal və Şəki idi. Şəhərlərdə iri bazarlar mövcud olmuşdur. Sənətkar və tacirlərin öz ittifaqları yaranırdı.
Mömin (Allahın adı)
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Məhəmməd mömin xan Şamlı
Məhəmməd mömin xan Şamlı — Şamlı tayfasından olan bir türkman zadəgan. Səfəvi şahı Sultan Hüseynin (1694-1722) vəziri (1699-1707) vəzifəsini icra etmişdir. Məhəmmədqulu xan Şamlı adlı bir oğlu vardı. Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 0857731815.
Xəlifə Əli və Məhəmməd Mömin turbəsi
Xəlifə Əli və Məhəmməd Mömin turbəsi — Buzovna qəsəbəsindəki köhnı qəbirstanlıqda Xəlifə Əli türbəsində 3 qəbir vardır. Qəbirlərin hər 3nün üstündə sənduqə və başdaşları qoyulmuşdur. 1nin başdaşı sınıb düşmüşdür. Bu abidələrdən istər forması, istərsə də kitabələrinin zənginliyinə görə Xəlifə Əlinin oölu Məhəmmdəin abidəsi diqqəti cəlb edir. Baş daşı öz formasına görə Quba rayonunun pirvahid kəndindəki "66 övliya" qəbirstanlığındakı başdaşlarını xatırladır. Lakin kitabələrin məzmunu başqadır. Başdaşının üz tərəfini kənardan əhatəedən haşiyədə farsca nəzm ilə qəmgin şer yazilmişdir. Yan tərəfində də bele şerlər vardır. Saə tərəfində yazilmiş kitabə beledir: 2 əfsus olsun ki bu cahan baxcasindan getdin. Bu gül-çiçək bağından, həsrət dağiyla getdin.